Ərdoğan Rumıniya prezidenti ilə danışdı

REGİON 19 apr 2024, 20:45
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rumıniya Prezidenti Klaus İohannis arasında telefon danışığı olub. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Görüşdə Türkiyə ilə Rumıniya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı, iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizminin yaradılmasının faydalı olacağını bildirib. 

Görüşdə həmçinin prezident İohannisin NATO-nun baş katibi vəzifəsinə namizədliyi müzakirə olunub. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top