ABŞ müdafiə naziri israilli həmkarı ilə danışdı

DÜNYA 02 may 2024, 21:36
ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığı aparıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər əsir mübadiləsi, razılaşma prosesi, humanitar yardım səyləri və İsrailin Rəfah şəhərinə gözlənilən quru hücumunu müzakirə ediblər. 

Ostin çıxışında, bütün əsirlərin azad edilməsinə dair öhdəlikləri təkrarlayıb.

Həmçinin, bölgədəki yardım işçiləri və mülki şəxslərin təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top