Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşdı

DÜNYA 02 may 2024, 21:47
İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 34 min 396 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 51 fələstinlinin isə yaralandığı bildirilib. 

Qeyd edilib ki, İsrailin Qəzza zolağına 209 gün ərzində təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 396-ya, yaralıların sayı isə 77 min 816-ya yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top