Özünü restoranın həyətində asdı

KRİMİNAL 02 may 2024, 13:00
Şamaxıda kişi restoranın həyətində özünü asıb.

Demokrat.az xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən “Çinarlı” kafesində baş verib.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top