"Məscidlərə, Azərbaycan təbiətinə dəyən ziyanı niyə görmürlər?"

XARİCİ SİYASƏT 02 may 2024, 12:45
Azərbaycan torpaqlarının 20 faizində, mənim doğulduğum evdə daş üstündə daş qoymadılar.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda keçirilən 9-cu panel sessiyasında deyib.

Professor qeyd edib ki, gələcəkdə eyni vandalizm aktlarının təkrarlanmayacağına təminat olduğunu söyləmək çətindir:

"İşğal dövründə orada 62 ibadət evi dağıdılıb, 2 ibadət evi isə axura çevrilib. Beynəlxalq ictimaiyyət niyə buna reaksiya vermədi? Bu yaşananlarla bağlı görülən tədbirlər yetərli deyil. Bu məsələlərlə bağlı sadəcə, toplanıb bir-birimizin çıxışını dinləməli deyilik. Biz hamımız dünyanın harasında olmağımızdan asılı olmayaraq etirazımızı bildirməliyik.

Rusiya-Ukrayna böhranında Azərbaycan Prezidentinin çox gözəl çıxışı oldu ki, biz müharibəyə məcbur qaldıq, 30 il diplomatik yolla həll gözlədik. Amma mənə maraqlıdır ki, Azərbaycan ərazilərinin işğalına və mədəni abidələrinin dağıdılmasına 30 il səs çıxarmayanlar indi necə olur ki, Rusiya-Ukrayna müharibəsinə fərqli münasibət göstərirlər?

Bizim 3 min nəfər gənc şəhidimiz həyatını itirdi. Dünya niyə ikili standartlardan çıxış edir? Necə olur ki, məscidlərə, Azərbaycan təbiətinə dəyən ziyanı görmürlər? Biz mədəni dünyada yaşamaq üçün bu problemləri aktuallaşdırıb həll etməliyik",- o qeyd edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top