“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu

İDMAN 01 may 2024, 22:03
“Bavariya” klubunu yeni mövsümdən etibarən almaniyalı mütəxəssis çalışdıracaq.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Fabrizio Romanonun məlumatına görə, Ralf Raqnik Almaniya klubu ilə şəxsi razılığa gəlib və müqavilənin şərtlərini son dəfə nəzərdən keçirmək istədiyini bildirib.
Almaniya mediası təcrübəli mütəxəssisin müqaviləni bu həftənin sonunadək imzalayacağı barədə xəbərlər yayıb.

Qeyd edək ki, Ralf Raqnik son olaraq Avstriya millisini çalışdırıb.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top