Kərimin biznesi batdı

ŞOU-BİZNES 01 may 2024, 21:48
Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi “Xəbərin var?” verilişində qonaq olarkən danışıb.

O, müəyyən problemlərlə üzləşdiyini bildirib:

“Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. Heç kim mane olmadı. İstədim gurultulu bir açılış edim, amma fikrimdən daşındım. Bir işi quranda üstündə gərək şəxsən özün durasan. Bu gün Rusiyada, sabah Türkiyədə, o biri gün başqa məclisdə məsələsi olmamalıdır. Restoran işində təzə idim. Bu sahəni bilən “akulalar” var. Onlar məni “yedilər”. Dedilər ki, işinin başının üstündə ol və öyrən ki, kim sənə nə edir. Yığışdım və dayandım. Amma arxası gələcək”.

Kərim restoran biznesində nə qədər ziyana uğradığını isə açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top