Şahin Bağırov qadınlardan ibarət millimizlə görüşdü FOTOLAR

İDMAN 01 may 2024, 19:36
Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlıqlara start verən qadınlardan ibarət millimizlə görüşüb.

Ş.Bağırov voleybolçularımızla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Federasiya rəhbəri millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top