Özünü “yuyulmamış qaşıq” kimi ortaya atan Şvabe — “Bəzi şəbəkələrin maraqlarına xidmət edir”

GÜNDƏM 01 may 2024, 15:10
“Almaniyalı deputat Frank Şvabenin təxribat xarakterli açıqlaması, onun hansı maraqlara xidmət etdiyini açıq şəkildə sərgiləyir”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Şvabe müəyyən şəbəkə və dövlətlərin maraqları kontekstində fəaliyyət göstərir: 



“Almaniyalı deputat Frank Şvabenin açıqlaması Almaniya dövlətinin xarici siyasətinə xidmət etmir. Almaniyanın Azərbaycanla strateji tərəfdaşlıq yönündə son fəaliyyəti deputatın bu davranışlarının əksini ortaya qoyur.

Avropa İttifaqında konkret şəbəkələr var ki, onlar maliyyələrlə çalışır. Qarabağ tamamilə işğalçılardan azad olunandan, separatizmin beli qırılandan, Azərbaycan əleyhinə bu qlobal layihə çökdürüləndən sonra bundan ciddi narahat olan mərkəzlər, şəbəkələr ortaya çıxıb. Bu şəbəkələrin tərkib hissələrindən biri də Şvabedir”. 

Politoloq bildirib ki, Azərbaycana sanksiyaların tətbiq olunmasını tövsiyə edən Şvabe hələ də prosesin mahiyyətini aça bilmir: 

“Sanksiya tələb etmək asandır, ancaq bunu əsaslandırmaq lazımdır. İndiki vəziyyətdə Azərbaycanla düşmənçilik siyasəti aparan Fransanın deputatları kənarda qalmışkən alman deputatı özünü “yuyulmamış qaşıq” kimi ortaya atır, Azərbaycanı cəzalandırmaqla bağlı tövsiyələr ortaya qoyur. Bu cür əhəmiyyətsiz insanların bəyanatlarına məhəl qoymaq lazım deyil”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top