“Arşın mal alan” filminin çəkilişindən olan nadir fotolar — VİDEO

MƏDƏNİYYƏT 01 may 2024, 08:57
Azərbaycan Dövlət Film Fondunda xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı ölkə kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı Kino Studiyasında lentə alınmış “Arşın mal alan” bədii filminə aiddir.

Bu günə qədər heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş formada dövlət film fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunub.

Daha ətraflı AzTV-nin süjetində: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top