Korrupsiyanın sinonimi: Frankle Şvabe

GÜNDƏM 30 apr 2024, 19:43
Avropada "Corrupte Seele" (“korrupsiyalaşmış qəlb”)  reputasiyalı bir psevdo-siyasətçi var. Adı Frankle Şvabedir. Təpədən dırnağadək korrupsiya batağlığında məskunlaşan bu adam forma baxımından Almaniya Sosial Demokratlar Partiyasının AŞPA-da nümayəndə heyətinin başçısı olsa da, məzmunca  tam ermənidir və ya ermənilərin əlində maşadır, alətdir və ya yumuşaq desək çox istifadəlik əlcəkdiir. Deməli, əslində o, Şvabe (alman) deyil, Şvabyandır( erməni).

Özünün "X" sosial platformasında başından böyük danışaraq Azərbaycan dövlətinə qarşı növbəti qarayaxma kampaniyasına start verən bu məxluqun işlətdiyi hər bir ifadə Avropanın böyük maraqlarına deyil, dar erməni və şəxsi maraqlara xidmət göstərir. 

Cinayət törətmiş bir şəxsin  adını cızmaqarasında çəkərək "timsah göz yaşları" axıdan Şvabe 1 milyondan çox soydaşımızın hüquqları Ermənistan tərəfindən total şəkildə pozularkən, bir dəfə obyektiv mövqe ortaya qoymadı. Əslində qoya da bilməzdi, çünki "pulu verən musiqini də sifariş edir".

Onu da qeyd edək ki, bu siyasi hoqqabazın yanaşmaları heç bir tənqidə dözmür, bəsitdir, tam əsassızdır. Əslində belə deputatların AŞPA-da "meydan sulaması" bu beynəlxalq qurumun hansı aşağı statusa diyirlənib düşməsinin bir göstəricisidir. 

1949-cu ildə Avropa Şurasını təsis edən nüfuzlu Avropa siyasətçiləri dirilib görsəydilər ki, həyata vəsiqə verdikləri bu böyük təşkilata kimlər rəhbərlik edir, yəqin ki, yaşamaq istəməz və bir daha əbədi dünyalarına qayıdardılar.

Bir gün gələcək adı korrupsiyanın sinoniminə çevrilmiş Şvabe adından övladları da imtina edəcəklər. Axı kim istər ki, atası və ya babasının adı rüşvət və korrupsiya ilə eyni mahiyyət kəsb edən bir məxluğun soyadın daşısın. Tarixdə belə hallar az olmayıb. Gilotin və onun övladlarının taleyi buna bariz nümunədir. Sadəcə, Şvabe alman, Gilotin isə fransızdır.

Elman Nəsirov
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru, professor

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top